featured-image-9745

Futbol üzrə Ukrayna yığmasının yarımmüdafiəçisi Aleksandr Zubkov Macarıstanın “Ferentsvaroş” klubundan ayrılıb.

Msport.az xəbər verir ki, o, Donetsk “Şaxtyor”una keçib.

26 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. Transferin digər detalları açıqlanmayıb.

Zubkovun Budapeşt klubu ilə sözləşməsi 2024-cü ilədək idi. Lakin komandanın rusiyalı baş məşqçisi Stanislav Çerçesov onu Çempionlar Liqasının oyunlarına sifariş etmirdi.

“Ferentvaroş” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibidir. Bu iki komanda arasında Bakıda keçirilmiş ilk matç heç-heçə bitib – 1:1. Cavab görüşü avqustun 9-da Macarıstan paytaxtında baş tutacaq.

Bənzər xəbərlər