"Qarabağ"ın təlim-məşq toplanışı Bakıda və Avstriyada
2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi olan Qarabağ”ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı açıqlanıb.
Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək.
Millilərin üzvü olan futbolçular komandanın hazırlığına ayın 23-də qoşulacaqlar.
Paytaxtdakı toplanış çərçivəsində iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkil olunması nəzərdə tutulub.
Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Azərbaycan çempionu iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi 16-da baş tutacaq.