featured-image-15678

“Azərbaycan, xüsusilə də futbolçu kimi böyüdüyüm “Qarabağ” üçün çox darıxıram”.

Bunu Msport.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Donald Gerye deyib.

Hazırda Kiprin “Olimpiakos” (Nikosiya) klubunda çıxış edən haitili yarımmüdafiəçi Ağdam təmsilçisinin Fransada “Nant”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununu da şərh edib: “Çətin görüş olacaq. Çünki rəqib evdə oynayacaq. Bu baxımdan “Qarabağ”ı udmaq üçün var güclərindən istifadə edəcəklər”.

33 yaşlı oyunçu, bununla belə, “Qarabağ”ın güclü komanda olduğunu və səfərdən yaxşı nəticə ilə dönəcəyini söyləyib: “Komandanın yaxşı baş məşqçisi var. İnanıram ki, “Qarabağ”ın futbolçuları müharibədən əziyyət çəkən insanların üzünü güldürmək üçün hər şeyi edəcək”.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər