featured-image-23978

Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov bu gün Misli Premyer Liqasında “Neftçi” və “Qarabağ” arasında keçiriləcək XXIV turun bağlanış oyunu barədə fikirlərini bölüşüb.

Veteran yarımmüdafiəçi Msport.az-a açıqlamasında matçın “ağ-qaralar” üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Udsalar, “Sabah”a yaxınlaşacaqlar. Bunu etmək üçün şansları da var. Ağır oyun olacaq. “Qarabağ” Belçikadan yorğun qayıdıb. Məğlubiyyətə görə əhval-ruhiyyə yaxşı deyil. Amma bilirəm ki, Ağdam klubu belə matçlardan sonra özünü toparlaya bilir”.

Sultanovun fikrincə, görüş kifayət qədər maraqlı olacaq: “Hər iki komandaya uğurlar arzulayıram”.

Qeyd edək ki, bu gün “Azersun Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

CAHİD

Bənzər xəbərlər