"Qarabağ" Markinyosa təklif göndərib
Macarıstan “Ferentsvaroş”u futbolçusu Markinyosu “Qarabağ”a satmayıb.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Ağdam təmsilçisi braziliyalı yarımmüdafiəçiyə görə qarşı tərəfə təklif göndərib.
Lakin Budapeşt təmsilçisi “köhlən atlar”a “yox” cavabı verib.
Qeyd edək ki, qış fasiləsində qanalı hücumçu Kvabena Ovusu “Qarabağ”ı “Ferentsvaroş”a dəyişib.







