featured-image-14106

“Qarabağ” “Kəpəz”ə qarşı növbəti səfər oyununu Gəncədə keçirmək istəməməsi ilə bağlı xəbərə aydınlıq gətirib.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Msport.az-a verdiyi məlumata görə, belə bir söhbət müzakirə mövzusu olmayıb:

“Niyə də istəməyək? Harada oynamağa qərar verilsə, orada da oynayacağıq. İstəyib-istəməmək kimi düşüncəmiz, niyyətimiz yoxdur. Yanlış informasiyadır”.

Qeyd edək ki, “Qarabağ” ilk dövrədə Qəbələdə keçirilmiş matçda “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlib.

Bənzər xəbərlər