"Qarabağ" dünya reytinqində irəlilədi, "Turan Tovuz" siyahıya düşdü
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq siyahısını açıqlayıb.
Msport.az xəbər verir ki, bu barədə IFFHS-nin rəsmi saytı məlumat yayıb.
“Qarabağ” beş pillə irəliləyib. Azərbaycan çempionu 502 komandanın olduğu cədvəldə 177,5 xalla 67-ci yerdə qərarlaşıb.
Mövqeyi dəyişməyən “Zirə” (94,25 xal) 219-cudur. 14 sıra irəliləyən “Sabah” (62,5 xal) isə 409-cu ola bilib.
Bundan əlavə, “Turan Tovuz” da siyahıya düşüb. Bölgə klubu 53,75 xalla 496-cıdır.
Qeyd edək ki, İspaniyanın “Real” klubu 388 xalla birinci pillədədir.