featured-image-37097
Misli Premyer Liqasının VI turunda “Qarabağ”la “Sabah” arasında keçiriləcək oyunun biletləri satışa çıxarılır.
Msport.az xəbər verir ki, saat 11:00-dan etibarən mərkəzi görüşün biletlərini almaq mümkün olacaq.
Azarkeşlər biletləri “iticket.az”dan onlayn əldə edə bilərlər. Qiymətlər isə sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edəcək.
Bundan başqa, sabahdan etibarən matç saatına qədər biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.
Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.

Bənzər xəbərlər