"Qarabağ" sloveniyalı qapıçı ilə maraqlanır
“Qarabağ” Sloveniya “Maribor”unda çıxış edən qapıçı Ajbe Yuqla maraqlanır.
Msport.az “Nogomania” nəşrinə istinadən xəbər verir ki, “köhlən atlar”la yanaşı, ABŞ-ın MLS liqasında çıxış edən bəzi komandalar da 31 yaşlı oyunçu heyətinə qatmaq istəyir.
“Maribor” hələlik sloveniyalı qolkiper üçün mümkün təklifləri gözləyir.
Qeyd edək ki, Ajbe Yuq 2020-ci ildən “Maribor”da çıxış edir.
CAHİD







