featured-image-63602

AFFA İntizam Komitəsi I Liqa təmsilçisi “Qaradağ Lökbatan”a texniki məğlubiyyət verib.

Msport.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

Belə ki, XX turun “Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununda qonaq komandanın heyətində adları matçın protokolunda olmayan futbolçular meydana çıxıb. Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Qaradağ Lökbatan” həmçinin 400 manat cərimələnib.

Bənzər xəbərlər