featured-image-1049

Milli komandamızın üzvü Emil Balayevin çıxış etdiyi Qazaxıstanın “Turan” klubu baş məşqçisi Vladimir Qazzayevlə yollarını ayırıb.

Msport.az klubun rəsmi instaqram hesabına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin müqaviləsi ailə vəziyyəti ilə əlaqədar hər iki tərəfin razılığı ilə vaxtından əvvəl ləğv edilib.

Onu bu postda köməkçisi olmuş Kuanış Kabdolov əvəzləyib.

Balayev martın 4-də “Turan”la müqavilə bağlasa da, hələ ki yeni komandasında debüt etməyib.

Yığmamızın sabiq futbolçusu Vaqif Cavadov Vladimir Qazzayevin məşqçilər korpusunda yer alıb.

Çempionatda 4 turdan sonra 3 oyun keçirən “Turan” 1 xalla 14 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Bənzər xəbərlər