"Qəbələ"dən Elmar Baxşıyev və Asif Məmmədovla bağlı açıqlama
“Qəbələ” baş məşqçisi Elmar Baxşıyev və kapitanı Asif Məmmədovla müqaviləni yeniləməyə hazırlaşır.
Klubun baş meneceri Nail Kərimovun Msport.az saytına verdiyi məlumata görə, hər iki şəxsə sözləşmə təklif olunub:
“Elmar müəllimlə müqavilə uzadılmış kimi bir şeydir. Asifin də bizimlə qalacağı dəqiqdir. Sadəcə, rəsmiləşmə qalıb”.
Qeyd edək ki, “Qəbələ” hələlik Məqsəd İsayevlə yollarını ayırıb.







