featured-image-24162

“Qəbələ” Azərbaycan Kubokunun final oyununun “Bakcell Arena”ya salınmasına münasibət bildirib.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Msport.az-a açıqlamasında hələlik Peşəkar Futbol Liqasının qərarını şərh etmək istəmədiklərini bildirib.

O deyib ki, hələ bu barədə danışmaq tezdir: “Kubokun yarımfinalındayıq. Qarşıda bizi “Səbail”ə qarşı iki vacib oyun gözləyir. Hələlik yalnız bu matçları düşünürük. Ona görə də həm final, həm məkan, həm də digər məsələlər barədə fikir bildirmək tezdir. Finala vəsiqə qazansaq, nəsə danışa bilərik”.

Qeyd edək ki, “Qəbələ” və “Neftçi” finala adlasa, “qırmızı-qaralar” həlledici görüşü rəqib meydanında keçirməli olacaq.

CAHİD

Bənzər xəbərlər