featured-image-51489

Qəbələ” bu gün yeni mövsümün hazırlığına start verəcək.

Msport.az xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə Qəbələdə başlayacaq.

2024-25 mövsümünə hazırlığın ilk mərhələsi seleksiya xarakteri daşıyacaq. Komandanın ilk məşqi günün ikinci yarısında gerçəkləşəcək. Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək.

Mövsümün startına qədər yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. İlk matç iyulun 31-də baş tutacaq. “Qırmızı-qaralar” Qəbələdə təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” klubu ilə üz-üzə gələcək. Digər yoxlama oyunlarının tarixi və rəqiblər hələ bəlli deyil.

Qeyd edək ki, I Liqada yeni mövsümə sentyabrın 11-də start veriləcək. Yarışın püşkatma mərasimi avqustun 13-də AFFA-nın inzibati binasında təşkil olunacaq.

Bənzər xəbərlər