featured-image-31540

“Qəbələ” iki futbolçusuyla yollarını ayırıb.

Msport.az xəbər verir ki, qapıçı Səlahət Ağayev və yarımmüdafiəçi Andrey Strijak 2023-2024-cü illər mövsümündən “qırmızı-qara” formada çıxış etməyəcək.

2022-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan futbolçuların müqavilə müddəti başa çatıb. 32 yaşlı qolkiper “Qəbələ”də keçirdiyi mövsüm ərzində 34 matçda iştirak edib. 24 yaşlı ukraynalı legioner 7 oyun keçirib.

“Qəbələ” İdman Klubu Ağayevlə Strijaka “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edərək, gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, Səlahət Ağayevin “Səbail” klubuyla müqavilə bağladığı və yaxın günlərdə rəsmi məlumat veriləcəyi deyilir.

Royal Türksoy

Bənzər xəbərlər