featured-image-60821

“Qəbələ” iki futbolçu ilə yollarını ayırıb.

Msport.az I Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Vüqar Həsənov və hücumçu Laurent Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Hər iki oyunçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi.

“Qəbələ” akademiyasının yetirməsi Mehrac Baxşalını isə icarəyə verib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyinəcək.

Bənzər xəbərlər