featured-image-22524

Bu həftə Premyer Liqada 22-ci turun oyunları keçiriləcək.

Msport.az xəbər verir ki, “Qəbələ” turun ilk oyununda meydana çıxacaq. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda “Neftçi”ni qəbul edəcək.

Qəbələ şəhər stadionunda baş tutacaq matç rəqiblərin 63-cü dueli olacaq. Komandalar indiyədək 62 dəfə qarşılaşıb. Aktivində 18 qələbə olan “Qəbələ” 16 heç-heçə edib və 28 dəfə məğlub olub. Rəqib qapısına 74 top vuran “Qəbələ” futbolçuları 91 qol buraxıb.

Fevralın 10-da keçiriləcək oyun Premyer Liqa çərçivəsində 58-ci qarşılaşma olacaq. Əvvəlki 57 matçda 17 qələbəsi olan “Qəbələ” 13 dəfə bir xalla kifayətlənib və 27 dəfə uduzub. Rəqib qapısına 67 dəfə yol tapan “qırmızı-qaralar” 86 top buraxıb.

“Qəbələ” “Neftçi”ni 32-ci dəfə qəbul edəcək. Əvvəlki 31 ev matçında komandamız 9 dəfə qalib gəlib, 7 heç-heçə edib və 15 dəfə uduzub. Bu matçlarda meydan sahibləri 39, qonaqlar 45 qol vurub.

Xatırladaq ki, fevralın 10-da Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 15:00-də başlayacaq.

Bənzər xəbərlər