featured-image-30956

“Qəbələ” “Neftçi” ilə Azərbaycan kubokunun final oyunu öncəsində ciddi problemlərlə üzləşib. Asif Məmmədovla Ferras Abu Akalın zədəli olması ilə yanaşı, rəhbərliyi düşündürən başqa məsələlər də var.

Müqaviləsi başa çatan əksər futbolçular daha yaxşı şərtlər tələb edir. İsnik Alimi, Ruan Renato ötən mövsüm aldıqlarından xeyli yüksək əməkhaqqı istəyirlər. Böyük ehtimalla bu oyunçular finaldan sonra “Qəbələ”ni tərk edəcəklər. Amma iş orasındadır ki, həlledici görüşdə də bütün bu söz-söhbətlər komandaya ziyan vura bilər. Kim təminat verir ki, Ruan, Alimi, Rafael Utrix və ya Felipe Santos tam şəkildə matça köklənə biləcək? İstər-istəməz, onların fikirləri kənarda qalacaq, gələcək karyeralarını düşünəcəklər. Onsuz da Alimi ilə Ruanın “Zirə”yə keçəcəyi brədə xeyli vaxtdır ki, söz-söhbət gəzir.

Məsələ tək futbolçularla kifayətlənsəydi, dərd yarı idi. İş orasındadır ki, baş məşqçi Elmar Baxışıyevin də “Qəbələ”də qalıb-qalmayacağı bəlli deyil. O, çempionatın son turunda “Kəpəz”lə qarşılaşmadan (1:1) sonra bildirdi ki, “hələ ki bu komandanın baş məşqçisiyəm”. Yəni finaldan sonra nə olar-olar. Əgər Baxşıyev “Neftçi”ni məğlub edib, kuboku qazansa böyük ehtimalla Laurentsiu Regekampf istefya göndəriləcək. Belə olacağı halda, paytaxt klubunu çalışdırmağa ən real yerli mütəxəssis məhz Baxşıyevdir.  Əslində 42 yaşlı mütəxəssis kuboku qazanandan sonra “Qəbələ”ni “Neftçi”yə dəyişsə, onu heç kim qınaya bilməz. “Qırmızı-qaralar” titul əldə edib baş məşqçiləri ilə mehriban şəkildə sağollaşırlar, “ağ-qaralar”ın isə Regedən canı qutarır.

Ən pisi odur ki, avrokuboklara gedən klub önəmli futbolçularını saxyala bilmir. “Qəbələ” UEFA Konfrans Liqasında fərqli heyətlə mübarizə aparsa, təbii ki, bu oyuna ciddi təsir göstərəcək.  Budur, Azərbaycan futbolunun reallığı, adətən avrokuboka vəsiqə qazanan komanda heyətə güc qatır, yeni oyunçularla anlaşır. Bizdə isə “Qəbələ” heyəti qorumaqda belə çətinliklə üzləşr.

AYXAN

Bənzər xəbərlər