“Qəbələ” legioneri ilə vidalaşdı
“Qəbələ” futbolçusu Zurab Oçiqava ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2023-ci ilin iyulundan komandada çıxış edən ukraynalı oyunçu “qırmızı-qara” formada 24 matç keçirib. O, Premyer Liqada 21, Azərbaycan kubokunda 3 oyunda iştirak edib.