featured-image-55234

“Qəbələ”də karyerama müsbət təsir edəcək və təcrübəmi xeyli artıracaq bir çox şey öyrənəcəyimə inanıram. Bu baxımdan burada olduğum üçün çox xoşbəxtəm”.

Msport.az xəbər verir ki, bu sözləri I Liqada mübarizə aparan “Qəbələ”nin yeni transferi Oçe Oçoveçi klubun mətbuat xidmətinə açıqlamasında deyib.

22 yaşlı yarımmüdafiəçi komandaya adaptasiya prosesində çətinlik yaşamadığını bildirib: “Qəbələyə gələrkən istər rəhbərlik, istər məşqçilər heyəti, istərsə də komanda yoldaşlarım tərəfindən çox xoş qarşılandım. Ona görə də buraya uyğunlaşmaq mənim üçün asan oldu. Azərbaycana gəlmədən öncə “Qəbələ”də çıxış edən bir dostumla komanda barədə maraqlandım. Mənə klub haqqında çox müsbət fikirlər söylədi. “Qəbələ”nin təklifini mütləq qəbul etməli olduğumu bildirdi. Bu səbəbdən komandamı dəyişdirmək qərarına gəldim. Klubun düşərgəsinə qatıldıqda isə düzgün qərar verdiyimə bir daha əmin oldum. Artıq “Qəbələ”nin heyətində rəsmi matçlarda da meydana çıxıram. Performansımı isə indidən qiymətləndirə bilmərəm”.

Nigeriyalı oyunçu komandanın hədəflərindən də söz açıb: “Hazırda fikrimiz kollektivlə birgə hədəfə doğru inamla addımlamaqdır. Çempion olmaq və Premyer Liqaya vəsiqə qazanmaq istəyirik”.

Qeyd edək ki, “Qəbələ” Oçe Oçoveçini Ukrayna Premyer Liqasında çıxış edən “Krivbas” klubundan birillik icarəyə götürüb

Bənzər xəbərlər