"Qəbələ" onunla yollarını ayıracaq
UEFA Konfrans Liqasına vəsiqə əldə edən “Qəbələ”nin heyətində dəyişiklərin olacağı qaçılmazdır. “Qırmızı-qaralar”ın bəzi aparıcı futbolçuları digər klublardan dəvət alıblar və onları saxlamaq çətin olacaq. Amma elələri də var ki, “Qəbələ” rəhbərliyi onlarla yola davam etmək istəmir.
Msport.az-ın əldə etdiyi məlumata görə, əyalət klubu Omar Hani ilə yollarını ayıracaq. İordaniyalı yarımmüdafiəçi bu mövsüm ümidləri doğrultmadı.
23 yaşlı vinger Azərbaycan Premyer Liqasında 33 oyunda cəmi 1 qol vurub.
Qeyd edək ki, Haninin müqaviləsi iyunda başa çatır.
AYXAN







