“Qəbələ” Premyer Liqaya vəsiqəni rəsmiləşdirdi!
Azərbaycan Premyer Liqasına ilk vəsiqənin sahibi müəyyənləşib.
Msport.az xəbər verir ki, I Liqa təmsilçisi “Qəbələ” elitaya vəsiqəni rəsmiləşdirib.
“Qırmızı-qaralar”ın XX turda “Baku Sportinq”i səfərdə 5:0 hesabı ilə məğlub edərək, xallarının sayını 52-yə çatdırıb və liderliyini möhkəmlədib. “Qəbələ” artıq 4-cü sıradakı “Baku Sportinq”dən 26 xal öndədir. Bu da o deməkdir ki, bölgə təmsilçisi I Liqada ilk “üçlük”dəki yerini təmin edib. Komanda artıq “Baku Sportinq” üçün əlçatmaz olub.
Qeyd edək ki, bu mövsüm I Liqadan 3 komanda Premyer Liqaya vəsiqə qazana biləcək.