“Qəbələ” toplanışa başladı
“Qəbələ” mövsümün ikinci hissəsinin hazırlığına start verib.
Msport.az xəbər verir ki, I Liqada XI turun dekabrın 24-də keçirilən “Mingəçevir”lə səfərdə keçirilən oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” mövsümün ikinci yarısı üçün məşqlərə başlayıblar.
Komanda qış təlim-məşq toplanışına Qəbələdə başlayıb. 2025-ci ilin ilk məşqi Qəbələ şəhər stadionunda baş tutub. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca toplu və topsuz çalışmalar yerinə yetiriblər.
Qeyd edək ki, hazırlıq prosesində üç yoxlama oyunu nəzərdə tutulub.