“Qəbələ” üçün çempionluq günü
I Liqanın lideri “Qəbələ” bu gün çempionluğunu rəsmiləşdirə bilər.
Msport.az xəbər verir ki, “qırmızı-qaralar” bunun günü XXII turun “İmişli” ilə matçından qalib ayrılmalıdır.
Premyer Liqaya vəsiqəni təmin edən “Qəbələ” İmişli şəhər stadionunda aktivinə 3 xal yazdırmağı bacarsa, sona 5 tur qalmış rəqibləri üçün əlçatmaz olacaq.
Hazırda aktivində 55 xal olan Kaxaber Sxadadzenin yetirmələri ən yaxın izləyicisi “Katvan”ı (39) 16 xal qabaqlayır. Daha bir qalibiyyət isə “Qəbələ” üçün son 5 turu formallaşdıracaq.
Qeyd edək ki, “İmişli” – “Qəbələ” oyunu saat 16:30-da başlayacaq.