“Qəbələ” yetirməsini qaytardı
I Liqa təmsilçisi “Qəbələ” heyətini gücləndirib.
Msport.az xəbər verir ki, Premyer Liqaya qayıtmağı hədəfləyən “qırmızı-qaralar” öz yetirmələri İbrahim Ramazanovla anlaşıb.
“Qəbələ” akademiyasının yetirməsi olan 20 yaşlı müdafiəçi “Turan Tovuz”dan icarəyə götürülüb. Gənc futbolçunun icarə müddəti il yarımdır. Yəni Ramazanov gələn ilin yayına qədər “Qəbələ”nin formasını geyinib.
Qeyd edək ki, İbrahim Ramazanov 2023/24 mövsümündə “Qəbələ”nin heyətində 4 oyun keçirib.