featured-image-35201

Avropa Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – HİK oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– Futbolçularımı təbrik etmək istəyirəm. Çox gərgin oyun oldu. Ciddi rəqibə qarşı oynayırdıq. Hava çox isti idi. Futbolçular belə havada sona kimi dözdülər. Vacib qalibiyyət idi. Azarkeşlərə təşəkkür edirəm.

– Rəqibin qapıya endirdiyi 7 zərbə də dəqiq oldu. Bu haqda nə deyə bilərsiz? 
– Düzünü desəm, saymadım. Əsas öz qol epizodlarımız idi. İstifadə edə bilmədiyimiz yüz faizlik imkanlar oldu. Futbolçuları başa düşürəm. İstər-istəməz gərginlik var idi. Özünüz bilirsiz. Düşünürəm ki, cavab oyununda tam əksi olar. Daha yaxşı oyun göstərib qol epizodlarından istifadə edərik. Üzümüz həmişə gülür, problem yoxdur.

– Bu qələbə pley-off şanslarını nə qədər artırdı?
– Qələbə hər halda üstünlükdür. Hər qalibiyyət futbolçulara inam verir. Qol buraxandan sonra qol vurmaq vacib idi. Rəqibin qolundan sonra futbolçular sına bilərdilər. Amma get-gedə oyunu ələ ala bildilər. Bir az üstünlüyümüz var.

– HİK-in oyun üslubunu “Rakuv”a bənzətmişdiz. Bu gün bunu görə bildiniz?
– Güclü, zəif deyə bilmərəm. Ümumi oyun modeli olaraq çox bənzəyirdilər. Bu arada, “Sabah”ı təbrik edirəm. İnanıram ki, cavab oyununda da yaxşı nəticə əldə edəcəklər, ölkəmizin reytinq xalını daha da yaxşılaşdıracaqlar.

– Stadionun ot örtüyündən razı qaldız?
– Yaxşı idi.

Bənzər xəbərlər