featured-image-24167

“Oyunun “Bakcell Arena”ya salınması normaldır. Ölkənin ən yaxşı stadionlarından biridir”.

Bunu Msport.az-a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun final matçının “Bakcell Arena”ya təyin olunmasına münasibət bildirərkən deyib.

42 yaşlı mütəxəssis qeyd edib ki, həlledici görüşün Bakıda keçirilməsi daha maraqlı olacaq: “Milli komandamız çox vaxt matçlarını “Bakcell Aren”da oynayır. Belə qərar veriblər, normal qarşılayırıq. Məncə, hamını maraqlı final oyunu gözləyir”.

Onun sözlərinə görə, “Neftçi”nin finala çıxacağı dəqiq bilinmir: “Qərarı yarımfinal oyunundan sonra versəydilər, hardasa nəsə düşünmək olardı. Ötən mövsüm kubokun finalını Masazıra salanda da “Sabah” mübarizəni davam etdirirdi. Bu gün bizdə ev-səfər anlayışı aktual deyil. Hansısa stadiona salınmalı idi. “Bakcell Arena”nı seçdilər. Bu cür hallar mənim üçün mühüm deyil”.

Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də keçiriləcək.

CAHİD 

Bənzər xəbərlər