Qola sevindi, qırmızı aldı, VAR sevincini gözündə qoydu
İtaliya A seriyasının 6-cı turu çərçivəsində keçirilən “Yuventus” – “Salernitana” oyununda (2:2) maraqlı hadisə yaşanıb.
Msport.az xəbər verir ki, 90+3-cü dəqiqədə rəqib qapısına yol tapan Turin klubunun hücumçusu Arkadiuş Milik qolu qeyd edərkən formasını çıxardığı üçün ikinci sarı vərəqə alıb və meydandan uzaqlaşdırılıb.
Lakin beş dəqiqə çəkən yoxlamalardan sonra qol oyundakənar vəziyyətə görə qeydə alınmayıb.
Hakimin qərarına kəskin etiraz etdikləri üçün Xuan Kuadrado və baş məşqçi Massimiliano Alleqri də meydandan qovulub.