featured-image-50582

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.

“Ağ-qaralar”ın mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, litvalı Saulius Sekanaviçus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qriqorçukun köməkçilərindən olacaq.

Bənzər xəbərlər