Rahid Əmirquliyevin qardaşı oğlu da "Səbail"ə gəldi - RƏSMİ
Növbəti mövsüm I Liqanın iddialı komandalarından olacaq “Səbail” heyətinə yeni futbolçu cəlb edib.
Msport.az xəbər verir ki, paytaxt klubu son olaraq “Şahdağ Qusar”da çıxış etmiş 20 yaşlı yarımmüdafiəçi Rail Əmirquliyevlə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Rail “Səbail”də həm futbolçu, həm də klub prezidentinin müşaviri kimi fəaliyyət göstərən milli komandamızın sabiq üzvü Rahid Əmirquliyevin qardaşı oğludur.







