Rahil Məmmədovun yeni klubu məlum oldu - RƏSMİ
Milli komandamızın üzvü Rahil Məmmədov yeni mövsümü də Polşada keçirəcək. Msport.az xəbər verir ki, müdafiəçi “Radomiak Radom” klubu ilə 2 illik müqavilə bağlayıb.
28 yaşlı futbolçu ötən mövsümü Polşanın digər klubu “LKS Lodz”da keçirmişdi. Qeyd edək ki, bu komanda mövsümün sonunda Ekstraklasanı tərk etmişdi.
“Radomiak” ötən mövsüm Polşanın yüksək liqasında 15-ci yeri tutub.