Ramil Şeydayev "Buriram Yunayted” klubunda nə qədər maaş alacaq?
“Qarabağ”la vidalaşan Ramil Şeydayev yaxın günlərdə “Buriram Yunayted” klubu ilə müqavilə bağlayacaq. Millimizin hücumçusu artıq Tailanda yollanıb və tibbi müayinədən keçdikdən 2 illik anlaşmaya imza atacaq.
Msport.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı futbolçunun illik maaşı 750 min dollar olacaq. Şeydayev iki ilinə görə, 1,5 milyon dollar əldə edəcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının ən yaxşı bombardirinin “Qarabağ”da maaşı 300 min dollar idi.
AYXAN