featured-image-13217

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov hücumçu Rauf Əliyevin klubdan qovulduğunu açıqlayıb.

Msport.az xəbər verir ki, o, bu oyunçunun Gəncə təmsilçisində qalmasının mümkünsüz olduğunu bildirib.

Əhmədov Əliyevi “Səbail”in baş məşqçisi Mahmud Qurbanova qarşı aqressiv davranışına, eyni zamanda klubu maddi ziyana salmasına və intizamsızlıq etdiyinə görə əvəzedici heyətə göndərdiyini bildirib. Onun bu komandanın məşqlərinə qatılmadığını öyrənincə isə futbolçunun “Kəpəz”dən göndərilməsini rəhbərlikdən tələb edib.

Bənzər xəbərlər