Raul La Liqada klubunu dəyişdi
“Espanyol”un hücumçusu Raul de Tomas “Rayo Valyekano”ya keçib.
Msport.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
“Rayo Valyekano” ispan futbolçunun transferi üçün 8 milyon avro ödəyib. 27 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
De Tomas “Real”ın məzunudur. O, “Espanyol”a 2020-ci ilin yanvarında transfer olunmuşdu.







