featured-image-12480

“Real Madrid”  baş məşqçi Karlo Ançelottinin müqaviləsini uzatmaq niyyətindədir.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, paytaxt klubunun prezidenti Florentino Peres italiyalı mütəxəssisin iş sistemindən tam razıdır. Futbolçular da 63 yaşlı məşqçi ilə işləməyin tərəfdarıdırlar.

“Real” rəsmiləri düşünür ki, Ançelotti komandaya böyük uğurla rəhbərlik edir.

Qeyd edək ki, Ançelotti 2021-ci ildə “Real”a 3 illik müqavilə bağlamışdı.

Bənzər xəbərlər