“Real” Arbeloanın qarşısına şərt qoydu
Alvaro Arbeloa cari mövsüm bitdikdən sonra da “Real”ın “sükanı arxasında” qalmağa davam edə bilər.
Msport.az xəbər verir ki, Madrid klubu ispaniyalı çalışdırıcının komandanın daimi baş məşqçisi olması üçün iki şərt irəli sürüb.
Birincisi, UEFA Çempionlar Liqasının pley-off-unda “Benfika”nı məğlub edərək 1/8 finala yüksəlmək, ikincisi, La Liqa çempionluğunu qazanmaq. Hər iki şərt yerinə yetirilərsə, Arbeloaya “Real”ın baş məşqçisi kimi daimi iş verilə bilər.
“Kral klubu” hazırda İspaniya çempionatında 57 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 1 xal geri qalır.







