featured-image-48927

UEFA Çempionlar Liqasında 2023-2024-cü illər mövsümünə yekun vurulub.

Msport.az xəbər verir ki, final oyununda İspaniyanın “Real” klubu ilə Almaniya təmsilçisi “Borussiya” (Dortmund) üz-üzə gəlib.

Londondakı “Uembli” stadionunda oynanılan görüş “kral klubu”nun qələbəsi ilə başa çatıb – 2:0.

Hesabı 74-cü dəqiqədə Dani Karvahal vurub. Son nöqtəni isə 84-cü dəqiqədə Vinisius Junior qoyub.

Bununla da “Real” tairixində 15-ci dəfə Çempionlar Liqasının qalibi olub.

Çempionlar Liqası

Final

1 iyun

23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Real” (İspaniya) – 0:2

Qollar: Dani Karvahal, 74. Vinisius Junior, 84

Baş hakim: Slavko Vinçiç (Slovakiya)

London, “Uembli” stadionu

 

 

Bənzər xəbərlər