featured-image-24033

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfla müdafiəçi Azər Salahlı arasında mübahisə yaşanıb.

Msport.az xəbər verir ki, hadisə Azərbaycan Premyer Liqasının 24-cü turunun “Qarabağ” – “Neftçi” oyunundan (1:1) sonra baş verib.

Rumıniyalı mütəxəssis matç yekunlaşan kimi bütün futbolçuları meydanın mərkəzinə yığaraq orada çıxış edib. Rege Salahlını da çağırsa da, 28 yaşlı futbolçu gəlməkdən imtina edib. O, hətta məşqçiyə əl uzatmadan birbaşa paltardəyişmə otağına yollanıb. Regekampf CBC Sport-a açıqlamasında hadisəni təkzib etsə də, bunu həmin vaxt stadionda olan hər kəs görüb.

Sonradan məşqçi ilə Salahlı arasında paltardəyişmə otağında daha bir dialoq olub. Görünür, müdafiəçi start heyətində meydana çıxmamasından narazı qalıb.  Qeyd edək ki, Salahlı 82-ci dəqiqədə zədələnən Ataa Caberi əvəzləyib.

AYXAN 

Bənzər xəbərlər