featured-image-77325

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən “Sabah” – “Qarabağ” oyunundakı mübahisəli epizodları şərh edib.

Msport.az xəbər verir ki, o, böyük mübahisələrə səbəb olan “Qarabağ”ın qapıçısı Mateus Koxalskiyə qırmızı vərəqə verilməsini, həmçinin matçın sonlarında “Sabah”ın qapısına təyin olunmayan mübahisəli penalti epizodu ilə bağlı doğru qərarlar verdiyini təsdiqləyib.

Oyunun baş hakimi Rəvan Həmzəzadə, VAR-da isə Kamranbəy Rəhimov olub.

Qeyd edək ki, qarşılaşma “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər xəbərlər