featured-image-9438

Uels milli komandasının yarımmüdafiəçisi Aaron Remsi “Nitsa” ilə müqavilə bağlayıb.

Msport.az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu yeni komandasına azad agent statusu ilə gəlib.

Remsi 2019-cu ildən çıxış etdiyi “Yuventus”la müqaviləni vaxtından əvvəl pozub. O, Turin təmsilçisində 69 oyun keçirib.

Uelsli futbolçu “Yuve”yə qədər 2008-2019-cu illərdə “Arsenal”da forma geyinib.

O, 20 yaşında Uels yığmasının kapitanı olaraq rekorda imza atıb. Remsi Uels millisində 74 oyun keçirib.

Futbolçu son olaraq icarə əsasında “Qlazqo Reyncers”də oynayıb.

Bənzər xəbərlər