featured-image-24065

“Qalmaqallı vaxtlarım çoxdan keçib, mən də hamı kimi səhvlərimdən dərs çıxardım”.

Msport.az xəbər verir ki, bunu Azərbaycan millisinin və İsveçrənin “Qrasshopper” klubunun futbolçusu Renat Dadaşov “Luzerner Zeitung”a müsahibəsində deyib.

Cari mövsüm Superliqada 6 qol və 2 məhsuldar ötürmə ilə yaqdda qalan 24 yaşlı hücumçu öz çıxışını dəyərləndirib: “Hələlik oyunum yaxşı alınır. Düzdür, arada hücumçu kimi “quraqlıq dövrü” keçirdim. Amma hər məşqdə əlimdən gələni etdim və həmişə meydanda olmağa çalışdım”.

O, ölkə çempionatında “Lütsern”ə vurduğu qoldan da söz açıb: “Əla əks hücum təşkil etdik. İnstinktiv olaraq arxaya dönüb qapıya zərbə endirdim”.

CAHİD

Bənzər xəbərlər