featured-image-12584

İsveçrə Super Liqasında 8-ci turun oyunları davam edir.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” səfərdə “Bazel”in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 5:1 hesalı qələbəsiylə başa çatıb.

Dadaşov oyuna start heyətdə başlayıb və 64-cü dəqiqədə əvəzlənib. O, 57-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Qrasshopper”in iki futbolçusu qırmızı vərəqə alaraq meydandan qovulub.

8 turdan sonra 12 xal toplayan “Qrasshopper” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bənzər xəbərlər