"Rəqib bizi yordu" - TNS-in baş məşqçisi
Sabah” UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb.
Msport.az xəbər verir ki, paytaxt klubu Uelsin TNS komandasını 2:0 hesabı ilə məğlub edib. Oyundan sonra qonaqların baş məşqçisi Qreyq Harrison jurnalistlərin suallarını cavablandırıb:
-Çox uzun məsafə qət etmişdik. Çalışırdıq ki, oyunda qalaq. Sərfəli nəticə əldə etmək istəyirdik. Ev oyunumuz var. Çalışmalıyıq ki, cavab görüşündə lazım olan nəticəni qazanaq.
– Birinci hissədə daha aktiv görünürdünüz. Fasilədən sonra meydanda görünmürdünüz. Bunu nə ilə əlaqələndirirsiniz?
– İlk hissədə güc sərf etdik. Hücuma meyilli oynamağı düşünürdük. İkinci hissədəki passivliyimizin səbəbi odur ki, rəqib topla daha çox oynadı və bizi yordu. Yorğun idik. Evdə yaxşı nəticəyə ümid edirik.
– Növbəti mərhələyə vəsiqə qazanacağınıza ümidiniz var?
– Bəli, ümidimiz var.
– Birinci qoldan sonra qapıçınız vaxtı uzatmağa çalışırdı…
– Bizim hədəfimiz o deyildi ki, burada daha çox vaxt aparaq. Biz yaxşı nəticə üçün gəlmişdik. Yaxşı hücum edib, yaxşı müdafiə olunmaq istəyirdik. Ev oyunlarımızda yaxşı göstəricilərimiz var. Daha yaxşı klublara qarşı uğurlu nəticələrimiz var. Ümid edirəm ki, “Sabah”a qarşı da bu nəticəni qazanacağıq.







