featured-image-35413

“Bizi çətin oyunun gözləyəcəyini bilirdik. “Qarabağ” Premyer Liqanın ilk oyununda uduzmuşdu. Son zamanlar “Qarabağ”ın ardıcıl iki oyunda uduzması heç yadıma gəlmir. Bu gün aqressiv olacaqlarını da düşünürdük. Heyətlərində də gözlədiyimiz dəyişikliklər edilmişdi. Baxmayaraq ki, onları üç gün sonra çətin oyun gözləyir. İlk yarıda temp yüksək idi, epizodlarımız da var idi. Təsəssüf ki, ilk yarıda ucuz səhvə yol verdik. “Qarabağ”la oyunda edilən səhvlər baha başa gəlir. İkinci yarıda hesab bizi irəlidə oynamağa məcbur edirdi. Ancaq top itkisindən sonra rəqibin hücumunun qarşısını ala bilmədik. Fərdi ustalıq öz sözünü dedi. Amma biz hələ işin başlanğıcındayıq, oyunlar vacibdir. Yeni oyunçular adaptasiya olacaq. “Qarabağ”ı təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq. Artırmalıyıq”.

Msport.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 2-ci turunun “Qarabağ”la oyunundan sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

– “Turan Tovuz”un hədəfi nədir?

– Premyer Liqada ikinci ilimizdir. Daha yaxşı olmaq, inkişaf etmək istəyirik. Rəqiblərlə başabaş futbol oynamaq niyyətindəyik.

– Slavik Alxasovu da heyətinizə qatdınız. Artıq transferlər bitdi?

– Bir futbolçu da istəyirdik. Qarşıdakı günlərdə rəhbərliklə danışacağıq. Axtarışlarımız davam edir. İstədiyimiz olsa, cəlb edə bilərik. Bəzi mövqelər var ki, rəqabətin olmasından yanayıq. Bu, həm müdafiə, həm də orta xətdir.

Bənzər xəbərlər