featured-image-420

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Ağstafada region məşqçiləri və idmançıları ilə görüşüb.

ACF-dən Msport.az-a  verilən məlumata görə, görüş zamanı regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Bununla yanaşı,  federasiya rəhbəri Göygöl Olimpiya Kompleksində kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautmanın rəhbərliyi ilə təşkil olunmuş ilk təlim-məşq toplanışını izləyib.

Bənzər xəbərlər