featured-image-50794

“Bizi 1 həftə sonra Bakıda çətin görüş gözləyir”.

Msport.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsində Moldovada “Şerif”ə 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis qələbəni belə şərh edib: “İkinci hissədə hücum xəttini gücləndirmək istəyirdik. Düşünürəm ki, bu, bizdə uğurlu alındı. Görüşün sonlarında komandaların ifasında təhlükəli hücumlar izlədik. Hər iki kollektivin qol vurmaq üçün şansları var idi. Futbolçularımın çıxışından razı qaldım. Lakin öz gücümüzü bir az da artırmalıyıq. Mövsümün ilk oyunları hər zaman ağır keçir”.

Qeyd edək ki, “Zirə” və “Şerif arasında cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena” gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Bənzər xəbərlər