featured-image-22939

“Konyaspor” klubu milli komandamızın üzvü Mahir Emrelinin transferini açıqlayıb.

Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu mövsümün sonuna kimi Türkiyə təmsilçisində icarə əsasında çıxış edəcək.

Yığmamızın heyətində 39 oyunda forma geyinən hücumçu Zaqreb “Dinamos”sunda 13 matçda 3 qol vurub.

.Mahirlə yanaşı Konya klubu 26 yaşlı kolumbiyalı yarımmüdafiəçi Marles Morenonu da heyətə cəlb edib. Yeni transferlər sabah ilk məşqlərinə çıxacaqlar.

Gələn həftə yeni transferlərin təqdimat mərasiminin keçiriləcəyi gözlənilir.

AYXAN

Bənzər xəbərlər