RƏSMİ: "Sumqayıt" Orxan Sadıqlının transferini açıqladı
“Sumqayıt” son mövsümü “Kəpəz”də keçirmiş qapıçı Orxan Sadıqlı ilə 2 illik anlaşma əldə edib.
Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.
Qapıçı 2018/19 mövsümündə “Sumqayıt”ın şərəfini qoruyub (2 oyun). 30 yaşlı futbolçu karyerası ərzində “Xəzər Lənkəran”, “İnter” və “Zirə”nin də uğurları üçün də çalışıb.








