RƏSMİ: Tərlan Əhmədov “Kəpəz”dən göndərildi
“Kəpəz” baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb.
Klubdan Msport.az-a verilən məlumata görə, bununla bağlı qərar klubun İdarə Heyətinin bugünkü iclasında qəbul olunub.
52 yaşlı mütəxəssislə ötən mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.
Komandanın sükanı arxasına Azər Məmmədov gətiriləcək.







