featured-image-30943

“Zirə” 6 futbolçusu ilə yollarını ayırıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov və Mois Adileu ilə klub arasında imzalanmış müqavilə başa çatıb.

“Zirə” futbolçulara göstərdikləri xidmətə görə təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, Keyta artıq “Qarabağ”la müqavilə bağlayıb. Coşğun Diniyevin “Səbail”ə keçəcəyi gözlənilir. Mehdi Cənnətiv isə “Sumqayıt”a qayıdacaq.

Bənzər xəbərlər